Tunisdə prezident Beji Kaid əs-Sebsi ilə vida mərasimi keçirilib Tunisdə prezident Beji Kaid əs-Sebsi ilə vida mərasimi keçirilib

Dünya liderləri Tunis prezidenti ilə vida mərasimində - FOTOLAR

Tunisdə prezident Beji Kaid əs-Sebsi ilə vida mərasimi keçirilib

Dəfn mərasimində bir sıra dövlət rəhbərləri və nümayəndələr iştirak ediblər. Kartaca Sarayında təşkil edilən mərasimdə Türkiyənin prezident köməkçisi Fuad Oktay, Fransa prezidenti Emmanuel Makron, İspaniya kralı VI Felipp, Fələstin lideri Mahmud Abbas, Qətər əmiri Əl Sani başsağlığı veriblər. Minlərlə tunisli tarixi ana şahid olmaq üçün küçələrə axışıb.

Xatırladaq ki, Əs-Sebsi iyulun 25-də 92 yaşında dünyasını dəyişib. Müvəqqəti olaraq Tunisi Milli Məclisin spikeri Məhəmməd Nasir idarə edir.(qafqazinfo.az)










AzNews.az