Vyetnam gömrükçüləri 125 kq kərgədan buynuzu müsadirə etdilər

Aeroport polisi qaçaqmalçılıqla məşğul olan şəxsi saxlayıb

Vyetnam gömrükçüləri 125 kq kərgədan buynuzu müsadirə ediblər.

CNN telekanalının saytı xəbər verir ki, Hanoy Beynəlxalq Aeroportunda gömrük xidmətinin əməkdaşları tərəfindən sellofan paketlərə bükülmüş 14 bağlamaya baxış keçiriblər. Vyetnamın rəsmi xəbər agentliyi bildirir ki, aeroport polisi qaçaqmalçılıqla məşğul olan şəxsi saxlayıb.

Agentliyin yazdığına görə, Vyetnam kərgədan buynuzunun qanunsuz ticarətində ən böyük bazardır. Bu ölkədə və Çində həmin malın hər birinin orta qiyməti 100 min dollardır. Alıcılar kərgədan buynuzunun xərçəng xəstəliyinin müalicəsində əvəzsiz dərman olduğunu bildirirlər. Onun qlobal bazarının dəyəri isə 500 milyon dollardır.

Vyetnamla yanaşı, Çin və Sinqapur aeroportları da kərgədan buynuzu və fil sümüyü kimi qiymətli malların qaçaqmalçılıq mərkəzinə çevrilib.(AZƏRTAC)

AzNews.az