Myanmada 59 nəfər torpaq altında qaldı

Axtarış-xilasetmə işləri davam etdirilir

Myanmada sürüşmə nəticəsində ölənlərin sayı 59 nəfərə çatıb.

Bu barədə "Sinxua" agentliyi ölkənin Yanğınsöndürmə Xidmətinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, axtarış-xilasetmə işləri davam etdirilir. Axtarışlar təbii hadisənin bütün qurbanlarının cəsədləri tapılana qədər davam etdiriləcək.

Daha əvvəl bildirilirdi ki, Myanmanın cənub-şərqində yerləşən Mon ştatında sürüşmə nəticəsində ölənlərin sayı 51 nəfərə çatıb.(report.az)

AzNews.az