Hazırda fırtına Taneqasima adasından 190 kilometr şərqdə yerləşir Hazırda fırtına Taneqasima adasından 190 kilometr şərqdə yerləşir

400-ə yaxın aviareys ləğv olundu - Yaponiyaya fırtına yaxınlaşır

Hazırda fırtına Taneqasima adasından 190 kilometr şərqdə yerləşir

“Krosa” fırtınasının yaxınlaşması ilə əlaqədar Yaponiyanın Küsyü adasını digər rayonlarla əlaqələndirən 400-ə yaxın daxili aviareys ləğv olunub.

NHK telekanalına istinadla xəbər verilir ki, çərşənbə günü 170 aviareys ləğv edilib, həmçinin avqustun 15-nə planlaşdırılan daha 228 daxili aviareys həyata keçirilməyəcək.

Hazırda fırtına Taneqasima adasından 190 kilometr şərqdə yerləşir. Siklonun mərkəzində küləyin sürəti saniyədə 30 metrə çatır, bəzən 40 metrədək güclənir. Dənizdə dalğanın hündürlüyü isə 9 metrə çata bilər. Fırtınanın Küsyü adasına cümə axşamı gününə keçən gecə çatacağı gözlənilir. Siklon saatda 20 kilometr sürətlə irəliləyir.

Meteoroloqlar xəbərdarlıq edirlər ki, fırtına regiona leysan yağışlar və şiddətli külək gətirəcək. Habelə daşqın və torpaq sürüşmələri ehtimalı yüksəkdir. (Azərtac)