İntihar terrorizminin altında “şəhid olma” inancı dayanır İntihar terrorizminin altında “şəhid olma” inancı dayanır

İŞİD-ə qoşulanların acı sonluğu - yeni dosye

İntihar terrorizminin altında “şəhid olma” inancı dayanır

“Economist” jurnalı bu həftəki sayında Türkiyənin “İraq Şam İslam Dövləti” qaçqınları və ailələrinin ölkəyə qayıdışı ilə bağlı atdığı addımlara dair məqalə yayımlayıb. Məqalə İstanbulda yaşayan Süheylə və Lütfü cütlüyünün 5 uşağının 2015-ci ildə İŞİD-ə qatılmasının ardınca başlarına gələnlər barədədir.

Məqalədə yazılıb: “...Süheylə o günü çox dəqiq xatırlayır. Uşaqlarını axşam yeməyinə dəvət etmişdi və ən balaca oğluna ən sevdiyi yeməyi hazırlayırdı. Amma o, gəlmədi. Dörd qızı da onun kimi. Heç birinin telefonuna zəng çatmayanda o və əri Lütfü başa düşdü ki, nələrsə baş verib. Uşaqlarının izini tapmaları üçün polisə qaçdılar. Uşaqlar cənuba gedirdilər. Bir ay sonra Süheylənin qızlarının biri zəng edib. O və qardaşları - ən balacası 18, ən böyüyü 25 yaşında idi. Suriyaya getmiş və İŞİD-ə qoşulmuşdular”.

Məqalədə eyni zamanda yazılıb ki, Süheylə və Lütfü cütlüyünün 3 qızı iki ildir ki, həbsdədir, dördüncüsünün isə bir oğlan uşağı dünyaya gətirdikdən iki ay sonra xəstəxanada öldüyü qeyd edilir. Qardaşları Yasindən iki ildir ki, xəbər ala bilmirlər. Bu yay cütlük İraqdakı nəvələrindən ikisinə qovuşub, uşaqların birinin 1, digərinin 2 yaşında olduğu, Türkiyəyə çatdıqları zaman xəstə olduqları bildirilir.

“Türmələrdə 500 türk, 700 xarici İŞİD dəstəkçisi var”

Məqalədə ailənin dindar olduğu deyilir. Süheylə və Lütfü cütlüyü uşaqlarının necə radikallaşdığını bilmir, amma evdən çıxandan sonrakı bir ay ərzində böyük bir dəyişiklik yaşadıqlarını danışır. Məsələn, qızları baş örtüyü taxmaqdan vaz keçib, qara çarşab taxmağa başlayıb. Oğulları isə saqqal saxlayıb, İraq və Suriyadan elan edilən xəlifəlikdən ən yüksək səviyyədə danışmağa başlayıblar. Lütfü deyir ki, uşaqları məntiqlə hərəkət etmirdilər, sanki xəstəlik kimi idi".

Məqalədə Suriyadakı daxili müharibənin əvvəlindən etibarən ən azı 2 min türkün İŞİD-ə qatıldığı bildirilir. Bu insanlardan yüzlərləsinin müharibədə öldüyü qeyd edilir. Bəziləri isə hətta Türkiyədə bombalı aksiyalar təşkil edib. Məqalədə Türkiyədə 2015-2017-ci illərdə baş tutan bombalı aksiyalarda 300 nəfərin həyatını itirdiyi qeyd edilir. “Bombalı hücumları təşkil edənlərin çoxu türk idi” deyilir.

İŞİD-in beyinlərini yuyub ölümə göndərdiyi intihar döyüşçülərinə “Cənnətə giriş pasportu” verdiyi ortaya çıxıb. Musavat.com xarici mediaya istinadən xəbər verir ki, İraqın Mosul, Suriyanın isə Raqqa şəhərlərində İŞİD-lə bağlı aparılan əməliyyatlar zamanı terror təşkilatının üzvlərinin beynini yuyub, onlara cənnət vəd etdiyi saxta pasportlar ortaya çıxıb.

İŞİD-ə qoşulanlar ile ilgili görsel sonucu

İŞİD-in intihar bombaçılarına verdiyi pasportda isə aşağıdakılar yazılıb: “Bu pasportun sahibi sadəcə cənnətə gedə bilər. Pasport sahibi cəhənnəmə səfər edə bilməz”.

Hər hansı adın yer almadığı pasportun digər xanalarında isə aşağıdakılar yazılıb:

Ad: Müsəlman

Ata adı: İslam

Ana adı: Takva

Doğulduğu yer: Dünya

Peşə: Dünyaya islamı yaymaq

Keçərli olduğu yer: Cənnət (Vətən)

Avropalılar bu təşkilata necə qoşulur?

Bu mövzunun ən maraqlı detalı isə heç şübhəsiz ki, avropalı qadınların sözügedən təşkilata qoşulmasıdır. Məsələn, təkcə İngiltərədən son bir neçə ayda 60 nəfərə yaxın gənc xanımın Türkiyə üzərindən Suriyaya keçərək İŞİD-ə qatıldığı təxmin edilir. Bu qadınlar Suriyaya çatan kimi ABŞ, Avstriya, Fransa, Hollandiya, Kanada, Norveç və İsveç kimi Avropa ölkələrindən gələn qadınlarla görüşürlər. Bu işdə sosial şəbəkələrin təsirinin böyük olduğu məlumdur. İslami həyat tərzini və cihada qatılmağı idealizə edən və İŞİD təbliğatı aparan internet saytları gənc xanımlara Suriyaya getmək mövzusunda yardım edir. Əvvəllər Suriyaya müsəlman qadınlar əsasən İŞİD tərəfindən döyüşən həyat yoldaşlarının yanına gedirdilər. İndi bir çox gənc qız Qərb ölkələrini tərk edərək, Yaxın Şərqə islamçılara qoşulmağa yollanır. Ölkələrini tərk edən qızlar 14-15 yaş arasındadırlar və onlar əsasən Suriyaya islamçılarla evlənib onlara uşaq doğmağa yollanır. Məlumatda qeyd olunur ki, radikal islamçılara (əsasən İŞİD-ə) qoşulan qızların 90 faizini Fransa vətəndaşları təşkil edir. Əldə olunan məlumatlara görə, 63 Fransa vətəndaşı olan qız Yaxın Şərqə yollanıb. Britaniya ekspertləri bildiriblər ki, Birləşmiş Krallıq vətəndaşı olan təxminən 50-yə yaxın qız İŞİD-ə qoşulub.

Statistika isə göstərir ki, təkcə Almaniyadan İŞİD-ə qoşulmaq üçün gedən 378 “şəhid xanım”ın böyük əksəriyyətini miqrant ailələrin qızları təşkil edir. Cəmi 54 qız İslamı qəbul etmiş alman olub. Onların təxminən üçdə biri isə 21-25 yaşlarındadır. İŞİD-ə qoşulan qızların cəmi 12 faizi “radikallaşmadan” öncə iş yerlərinə sahib olublar. Amma bu işli-güclü xanımların da əksəriyyəti qeyri-leqal bizneslə məşğul imişlər. Böyük əksəriyyəti təhsilini ya orta, ya ali məktəb mərhələsində yarımçıq saxlayıb.

İŞİD-ə qoşulanlar ile ilgili görsel sonucu

Qızların 60 faizi ən azı bir dəfə məhkum olunub. Onlar əsasən zorakılıq, oğurluq və ya narkotik alverinə görə həbs ediliblər. İŞİD-ə qoşulan qadınları əsasən gənc, savadsız və perspektivsiz adlandırmaq olar.

“Bir çox gənc alman Almaniya vətəndaşı olmasına baxmayaraq, bu ölkədə özünü marginal, cəmiyyətdən təcrid olunmuş hiss edir. Onlar öz ölkələrində özlərinə heç bir perspektiv görmür, əksinə, özlərini uğursuz hesab edirlər. Dünya mətbuatı, qəzet və televiziyalar demək olar ki, hər gün İslam dövlətinin uğurları barədə yazır. Ona görə də İŞİD-ə qoşulan qadınlar ”cihada qoşulsam, uğur qazanaram, bütün dünya mənim haqqımda danışar" deyə düşünürlər". Bunu da almaniyalı psixoloqlar bildiriblər.

Bu təşkilata qoşulanların çoxunun əsas funksiyası həm də canlı bomba olmaqdan ibarətdir. Təl-Əviv Universitetinin professoru Ariel Merari 50-dən artıq “canlı bomba” barədə sosial araşdırma aparıb. Araşdırmada nə ortaq bir xarakter, nə də patoloji bir şəxsiyyət özəlliyi üzə çıxarılıb. Amma bütün qatillərdə ən önəmli oxşarlıq onların heç diqqət cəlb etməmələri olub. Ağıla gələn sual isə “onlar da sizin, bizim kimi insanlardırmı”dır. Xarici görünüş etibarilə elədir. Amma onların ortaq psixoloji durumu var: “Narsist” bir ruh halı, “uc nöqtələrdə yaşamağı sevməsi”, intihar öncəsi sindroma düşmələri... Terror təşkilatları qurbanları seçən zaman sentimental, spontan qərarlar verməyi sevən, təsir altına düşən tiplərə üstünlük verirlər. Bundan başqa, onların cəmiyyətdə özlərinə yer tapa bilməyən tiplər olması arzuediləndir. Aksiyaçıların içində özünü fəda etmə, bir qəhrəman olma duyğusu ön plana çıxa bilir. Bundan başqa, ciddi şəkildə sosial təzyiqi də yaddan çıxarmaq olmaz. Təzyiqin ana xətti aşağıdakı kimidir: “Bunu həyata keçirmədiyin zaman qrupun içində hörmət görən bir insan kimi yaşama şansın yoxdur”.

İŞİD-ə qoşulanlar ile ilgili görsel sonucu

Onları inandırırlar - “o biri dünyada” ən böyük mükafat sənindir...

Maraqlıdır, milyonlarla gənc insan eyni depressiv atmosferdə yaşadığı halda, niyə onlardan bəziləri intihar komandosu olmağa qərar verir? “Canlı bomba” halına gələnə qədər nələrdən təsirlənir və hansı psixoloji təzyiqi hiss edirlər?

İntihar terrorizminin altında “şəhid olma” inancı dayanır. “Adət-ənənələrlə” yetişən dindar insanlar “o biri dünya” ilə bağlı vədlərə daha asan inanırlar. İnancları bu: “Ən böyük mükafat onların olacaq, həm cənnətdə, həm də öldükdən sonra Yer üzündə, qəhrəman mərtəbəsinə yüksələcək, ölümsüz olacaqlar”...

İŞİD-ə qoşulanlar ile ilgili görsel sonucu

Onları necə hazırlayırlar - sən terrorçu olmalısan ki...

Terror aksiyasından öncə “canlı bomba”ların motivasiya olmaları üçün narsist yaralarını deşirlər, varlıqlarının təhlükə altında olduğu təkrar-təkrar vurğulanır. Bununla da daxillərində şiddətli bir hücumçu potensialı yaradılır. Sözügedən şəxslərin şüuraltına isə bu fikir yeridilir: “Sən bu aksiyanı həyata keçirməsən, burada da insan kimi hörmət görməyəcəksən. Amma bunu həyata keçirsən, özünü qəhrəman kimi tarixə salacaqsan”.

Beyinyuma texnikasına “düşünməni dayandırma ritualı” da daxildir. Onlar qrup halında bir araya gəlib, toplu andlar içir, yaxşı və ya pis olmasından asılı olmayaraq bəzi sözləri xor halında saatlarla odlu-alovlu şəkildə təkrarlayırlar. Bu tədbirləri tez-tez təkrarlamaqla düşünmə qabiliyyətini də aşağı salırlar. Fərddə ən kiçik bir tərəddüd gördükləri zaman qrup mənəvi təzyiq tətbiq edir, “hamımız birimiz, birimiz hamımız üçün” janrında nitqlər söyləyirlər. Bununla da həmin şəxsin utanması və özünü günahkar hiss etməsi təmin olunur. Sonda da şəxs “qorxaq” damğasını yeməkdənsə ölümü tərcih edir. (“Yeni Müsavat”)