Əfqanıstanda toyda partlayış olub: xeyli sayda ölən var

Hadisəni terroristin özünü partladaraq törətdiyi bildirilir

Əfqanıstanın paytaxtı Kabil şəhərində keçirilən toy mərasimi zamanı baş vermiş partlayış nəticəsində azı 40 nəfər ölüb, 100 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə “BNO News” yerli mətbuata istinadən xəbər verir.

Hadisəni terroristin özünü partladaraq törətdiyi bildirilir.

Partlayışla bağlı məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.

AzNews.az