Cinayətkarın 60 yaşı tamam olub Cinayətkarın 60 yaşı tamam olub

Britaniyada qatil-hannibal azadlığa buraxıldı

Cinayətkarın 60 yaşı tamam olub

2004-cü ildə qadını öldürərək yediyi iddia olunan britaniyalı Pol Durant azadlığa çıxılıb və hazırda Londonda yaşayır.

AzNews.az bildirir ki, bu barədə Britaniyanın “Mirror” tabloidi yazır.

Nəşrin məlumatına görə, cinayətkarın 60 yaşı tamam olub.

Xatırladaq ki, o, 2004-cü ildə öz rəfiqəsi 41 yaşlı Karen Darrellin yox olması ilə bağlı günahı öz üzərinə götürüb. Durantın etirafına görə, o, qadını küt alətlə ölümcül döymüş, sonra parçalayaraq qismən yemişdi. Onun göstərdiyi mənzildə bıçaq, mişar və çoxlu qan aşkar edilsə də, iki uşaq anası olan Darrellin cəsədi tapılmamışdı.

İki soyğunda təqsirli bilinən Durant İspaniyada Britaniya hakimiyyətindən gizlənirdi. İspaniyada xüsusi acımasızlıqla qətl törətdiyi üçün 12 il həbs cəzasına məhkum edilmişdi, lakin 2010-cu ildə Böyük Britaniyaya təhvil verilmişdi.

Nəşr bildirir ki, qatil təxminən bir ay bundan qabaq azadlığa buraxılıb və hazırda Londonun Tauer-Hamlets rayonunda yaşayır.

AzNews.az