"Hazırda Rusiya ilə bir çox məsələlərdə fərqli mövqelərimiz var" "Hazırda Rusiya ilə bir çox məsələlərdə fərqli mövqelərimiz var"

Alman nazir Moskvaya gedir - Ukrayna münaqişəsi müzakirə ediləcək

"Hazırda Rusiya ilə bir çox məsələlərdə fərqli mövqelərimiz var"

"Mühüm beynəlxalq məsələlər yalnız Moskvanın iştirakı ilə həll oluna bilər".

AzNews.az TASS agentliyinə istinadən xəbər verir ki, bunu Moskvaya yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında Almaniyanın Xarici İşlər naziri Hayko Maas deyib.

"Hazırda Rusiya ilə bir çox məsələlərdə fərqli mövqelərimiz var. Bunları müzakirə etməliyik. Çünki mühüm məsələlərdə nəticələri yalnız rəsmi Moskvanın iştirakı ilə əldə edə bilərik. Bunun üçün bizə birbaşa və açıq dialoq lazımdır", - deyə Maas bildirib.

Nazir Moskvanı Ukrayna münaqişəsində konstruktiv rol oynamağa çağırıb.

"Biz atəşkəs, qüvvələrin ayrılması və Minsk razılaşmalarının yerinə yetirilməsi məsələlərindən söz düşəndə tunelin sonunda işıq görəcəyimizə ümid edirik".

Maas vurğulayıb ki, bütün tərəflər dialoqa hazır olduğunu nümayiş etdirməlidir, əks halda insanlar bu münaqişədə həlak olmağa davam edəcək.

Pərvanə

AzNews.az