Dinc sakinlər üçün humanitar dəhlizin açılıb Dinc sakinlər üçün humanitar dəhlizin açılıb

Suriya ordusu dörd kəndi azad etdi

Dinc sakinlər üçün humanitar dəhlizin açılıb

Suriya ordusu cümə günü Hama əyalətindən şimalda yerləşən Kafr-Zeyta, Latmana, Latmin və Tell-Fas kəndləri üzərində nəzarəti ələ keçirib.

AzNews.az bildirir ki, bu barədə RİA “Novosti” suriyalı hərbi mənbəyə istinadən xəbər verir.

Qeyd edək ki, Suriya hökuməti avqustun 22-də İdlibin terrorçular yerləşən ərazisindəki dinc sakinlər üçün humanitar dəhlizin açıldığını elan etmişdi.

Mənbə vurğulayıb ki, hökumət ordusu dünən Han-Şeyhunu terrorçulardan azad edib. Hazırda şəhər minalardan təmizlənir.

AzNews.az