Danışıqlara işçi şam yeməyi ilə start veriləcək Danışıqlara işçi şam yeməyi ilə start veriləcək

Fransada G7 sammiti işə başlayır

Danışıqlara işçi şam yeməyi ilə start veriləcək

Bu gün Fransanın Biariç şəhərində "Böyük yeddilər"in (G7) sammiti işə başlayacaq.

Məlumata görə, şənbə günü axşam Fransa prezidenti Emmanuel Makron ABŞ, Kanada, İtaliya, Yaponiya, AFR və Böyük Britaniyanın liderlərini qarşılayacaq. Danışıqlara işçi şam yeməyi ilə start veriləcək.

Qeyd edilir ki, dövlət və hökumət başçıları qeyri-rəsmi formada onları ən çox maraqlandıran problemlərin müzakirəsinə başlayacaqlar. Bazar günü isə sammit tam formatdə işə başlayacaq.

Qeyd edək ki, birlik 1975-ci ildə yaradılıb. Onun təşəbbüskarı Fransa olub. Birliyin əsas müzakirə mövzuları ətraf mühitin müdafiəsi, iqlim dəyişikliyi, dünyada bərabərsizliklə mübarizə olub. (report)

AzNews.az