Əsədin qoşunları bir neçə kəndə artilleriya hücumu edib Əsədin qoşunları bir neçə kəndə artilleriya hücumu edib

Rus təyyarələri İdlibi yenə bombaladı

Əsədin qoşunları bir neçə kəndə artilleriya hücumu edib

Bəşər Əsədə dəstək olan Rusiyanın hərbi təyyarələri 12 gün aradan sonra İdlibin şimal qərbində Derkuş rayonunun Dahır və Kefer Mares kəndlərini bombalayıb. Nəticədə 1 nəfər həyatını itirib.

AzNews.az xəbər verir ki, bu məlumatı Suriyadakı hərbi təyyarə müşahidəçisi yayıb.

Mənbə bildirir ki, Əsədin qoşunları isə Kefrenbil rayonunda yerləşən Cercenaz qəsəbəsinə, Has, Hazarin, Rikaya, Maar Şimşə, Tel Minnes və Maar Şimarin kəndlərinə artilleriya hücumu edib.

Türkiyə və Rusiya arasında 17 sentyabr 2018 - ci ildə imzalanan razılaşmadan sonra İdlib Gərginliyi Azaldılması Bölgəsində Bəşər Əsədin və Rusiyanın hücumları nəticəsində 219-u qadın, 341-i uşaq olmaqla 1282 mülki vətəndaş öldürülüb.

Murad Qasımlı

AzNews.az