Planın reallaşdırılması üçün pulları yaxın illər ərzində EKOVAS ölkələrinin elə özlərinin verəcəyi ehtimal olunur Planın reallaşdırılması üçün pulları yaxın illər ərzində EKOVAS ölkələrinin elə özlərinin verəcəyi ehtimal olunur

Afrika terrorla kəskin mübarizəyə başlayır – 1 milyard dollar xərclənəcək

Planın reallaşdırılması üçün pulları yaxın illər ərzində EKOVAS ölkələrinin elə özlərinin verəcəyi ehtimal olunur

Qərbi Afrika ölkələri regionda terrorizmlə mübarizəyə yönəlmiş $ 1 mlrd. dəyərində fəaliyyət planını təsdiqləyiblər.

“Magrib Arab Press” xəbər agentliyinin məlumatına görə, bu qərar şənbə axşamı Uaqaduquda (Burkina-Fasonun paytaxtı) keçirilmiş Qərbi Afrika ölkələrinin iqtisadi birliyinin (EKOVAS) terrorizmə və ekstremizmə qarşı mübarizə mövzusuna həsr olunmuş sammitinin yekunları üzrə qəbul edilib.

Planın reallaşdırılması üçün pulları yaxın illər ərzində EKOVAS ölkələrinin elə özlərinin verəcəyi ehtimal olunur.

Maliyyə resursları, xüsusilə milli orduların, həmçinin "Sahel beşliyi" (Burkina-Faso, Mavritaniya, Mali, Niger Və Çad) antiterror kontingenti və Çad gölü hövzəsinin Qarışıq çoxmillətli qüvvələri kimi birgə qoşunların döyüş qabiliyyətinin gücləndirilməsinə yönəldiləcək. (oxu.az)

AzNews.az