Pozuntu haqqında digər sürücülər məlumat verib Pozuntu haqqında digər sürücülər məlumat verib

Dubay polisi sürücünü “Instagram”da cərimələdi – Canlı yayım baha başa gəldi

Pozuntu haqqında digər sürücülər məlumat verib

Dubayda sürücü sükan arxasındaca “Instagram”da canlı yayım apardığı üçün cərimələnib.

AzNews.az-ın verdiyi məlumata əsasən, hüquq-mühafizə orqanlarının əməkdaşları avtomobil həvəskarına sosial şəbəkədə elə həmin video-rolikin altına şərh yazmaqla cərimə yazdıqlarını bildiriblər.

Polis əməkdaşlarına qanun pozuntusu haqqında digər avtomobillərin sürücüləri məlumat veriblər.

“Bizə şeyx Zayd şossesi ilə hərəkət edən şəxs barəsində bir neçə şikayət daxil olub. Şikayətlərdə bildirilirdi ki, adam sükan arxasında canlı yayıma qatılıb. Biz onun “Instagram” akkauntunu yoxladıqda, canlı yayımı gördük və dərhal qanun pozuntusunu qeyd etdik.

Sürücülərin sükan arxasında fikri yayınmamalıdır. Sürücülərin səhvə yol vermələrini istəmirik. İstənilən şəxs pozuntu haqqında polisə zəng edib xəbər verə bilər. Cərimə yazmamışdan öncə, biz daxil olan məlumatı həmişə yoxlayırıq”, - deyə polis nümayəndəsi bildirib.

Cərimənin məbləği 800 dirhəm (370 AZN – red.) təşkil edib.

AzNews.az

image description