ÇXR dövlət başçısı son illər iki ölkə arasında əlaqələrin sürətlə inkişafından məmnunluğunu qeyd edib ÇXR dövlət başçısı son illər iki ölkə arasında əlaqələrin sürətlə inkişafından məmnunluğunu qeyd edib

Si Cinpin neft obyektlərinə hücumları pislədi

ÇXR dövlət başçısı son illər iki ölkə arasında əlaqələrin sürətlə inkişafından məmnunluğunu qeyd edib

Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud ilə telefon danışığı zamanı neft obyektlərinə hücumları pisləyib, insidentin hərtərəfli, obyektiv və ədalətli qaydada təhqiq edilməsinin zəruriliyini bildirib.

Sədr Si Cinpin bu hadisənin Körfəz regionunda gərginliyi yüksəltdiyini, habelə dünya neft bazarına təsir göstərdiyini vurğulayaraq, bütün tərəfləri Yaxın Şərqdə gərginliyi daha da çoxaldacaq hərəkətlərdən çəkinməyə çağırıb.

Telefon danışığı zamanı ÇXR dövlət başçısı son illər iki ölkə arasında əlaqələrin sürətlə inkişafından məmnunluğunu ifadə edərək, Səudiyyə Ərəbistanının "Vahid Çin" prinsipinə möhkəm sadiqliyini yüksək qiymətləndirib. O, ölkəsinin Səudiyyə Ərəbistanının suverenliyini, təhlükəsizliyini və sabitliyini qorumaq cəhdlərini tam dəstəklədiyini deyib.

Kralı Salman bin Əbdüləziz Al Səud, öz növbəsində, ölkəsinin Çin ilə strateji tərəfdaşlığın gücləndirilməsinə böyük əhəmiyyət verdiyini bildirib.(AZƏRTAC)

AzNews.az