Saxlanılanların sayı hələlik açıqlanmır Saxlanılanların sayı hələlik açıqlanmır

Efiopiyada bir sıra hücumlar hazırlayan terrorçu qrup saxlanılıb

Saxlanılanların sayı hələlik açıqlanmır

Efiopiya hökumət qüvvələri böyük terror hücumları hazırlayan İŞİD və “Əş-Şabab” terrorçularından ibarət qrup üzvlərini ələ keçirib.

Bu barədə “Reuters” Efiopiya Milli Kəşfiyyat və Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb.

“Qrup üzvləri Əddis-Əbəbə şəhərində bir sıra hotellərə, obyektlərə hücumlara hazırlıq görürmüş, eləcə də dini mərasimlərin keçirildiyi yerlərdə terror aktları törətməyi planlaşdırırmış”, - deyə məlumatda qeyd olunub.

Həbslər paytaxtla yanaşı ölkənin cənubunda da aparılıb. Saxlanılanların sayı hələlik açıqlanmır. Əməliyyatlar Cibuti hökuməti ilə razılaşdırılmış şəkildə həyata keçirilib.(APA)

AzNews.az