O praktiki olaraq tam təcrid olunub O praktiki olaraq tam təcrid olunub

Assanjın həbsxanada saxlanma şəraiti sərtləşdirildi

O praktiki olaraq tam təcrid olunub

“Wikileaks”in təsisçisi Culian Assanj terroristlərdən daha pis şəraitdə cəza çəkir.

Bu barədə “The Grayzone” nəşrinə saytın baş redaktoru Kristin Hrafnsson bildib.

Onun sözlərinə görə, Assanj praktiki olaraq tam təcrid olunub. Ona yazışmaq tam qadağa olunub, qonaqları isə ayda iki dəfə qəbul edə bilər. Hrafnsson əmindir ki, bu fakt Britaniya hökumətinin portalın təsisçisinə qarşı qərəzli münasibətini sübut edir.

Xatırladaq ki, Assanj sentyabrın 22-də, bazar günü azad edilməli idi, lakin o, ekstradisiya işinin baxılması zamanı həbsxanada saxlanılacaq.

AzNews.az