Hadisə ilə bağlı istintaq başladılıb Hadisə ilə bağlı istintaq başladılıb

36 qadın məhkum qaçdı

Hadisə ilə bağlı istintaq başladılıb

İndoneziyada qadın məhkumlar həbsxanadan qaçıb.

AzNews.az xəbər verir ki, hadisə Mərkəzi Sulavesi əyalətində qeydə alınıb.

Respublika qəzetinin xəbərinə görə, əyalətin Sigi bölgəsinin Maku kəndində 103 məhkumun olduğu “Klass III" qadın cəzaçəkmə müəssisəsində dünən gecə yanğın baş verib.

Həmin yanğından istifadə edən 36 məhkum qaçıb.

Güc strukturlarının bölgədə qaçan məhkumları axtardığı deyilir.

Səlahiyyətlilər yanğının səbəbinin müəyyənləşmədiyini, hadisə ilə bağlı istintaq başladıldığını qeyd edib.

Pərvanə

AzNews.az