“Məhkəmə və prokurorluq cinayətkarlıq dalğasını saxlamaq üçün tədbirlər görməlidir” “Məhkəmə və prokurorluq cinayətkarlıq dalğasını saxlamaq üçün tədbirlər görməlidir”

Ekvadorda 570 nəfər saxlanıldı - VİDEO

“Məhkəmə və prokurorluq cinayətkarlıq dalğasını saxlamaq üçün tədbirlər görməlidir”

Ekvadorda etiraz aksiyaları zamanı 570 nəfər saxlanılıb.

Bu barədə ölkə prezidentinin köməkçisi Xuan Sebastyan Roldan məlumat verib.

“Yollarda hərəkətin bağlamasına, şəxsi və dövlət mülkiyyətini yararsız hala gətirdiyinə və ya digər insanlara zor tətbiq etdiyinə görə 570 nəfər saxlanılıb”, - Roldan Tvitterdə yazıb.

“Məhkəmə və prokurorluq cinayətkarlıq dalğasını saxlamaq üçün tədbirlər görməlidir”, - prezident köməkçisi əlavə edib.

Qeyd edək ki, oktyabrın 1-də Ekvador prezidenti Lenin Moreno ölkədə bir sıra iqtisadi islahatlar keçirib. Bu da öz növbəsində əhalinin narazılığına səbəb olub. Nəqliyyat xidmətləri əməkdaşlarının etirazları bir neçə gün ərzində ölkədəki vəziyyəti iflic edib, polislərlə qarşıdurma və iğtişaşlar başlayıb, yüzlərlə insan saxlanılıb.(qafqazinfo.az)

AzNews.az