- Dünyanın halı
- 13 Oktyabr 2019 17:24
- 2 142
Suriyanın bu şəhəri terrorçulardan təmizləndi

Türkiyə ordusu şəhərə nəzarəti tam təmin edib
“Barış bulağı” əməliyyatı çərçivəsində bu gün Suriyanın Tel Abyad şəhəri PKK/YPG terrorçularından təmizlənib.
Türkiyə ordusu və müxalif Suriya Milli Ordusunun bölmələri şəhərə nəzarəti tam təmin edib.
Beləliklə, oktyabrın 9-da başlanan “Barış bulağı” əməliyyatı çərçivəsində Rasulayn və Tel Abyad şəhərləri də daxil olmaqla, 42 kənd PKK/YPG terrorçularından təmizlənib. (APA)