Meksikanın qərbində 14 polis öldürüldü

Bu, 2018-ci illə müqayisədə 3,5 faiz çoxdur

Meksikanın qərbində yerləşən Miçoakan ştatında naməlum cinayətkarların hücumu nəticəsində azı 14 polis öldürülüb.

TASS informasiya agentliyi xəbər verir ki, bu barədə məlumat Meksika İctimai Təhlükəsizlik Nazirliyinin “Twitter” səhifəsində yer alıb.

Rəsmi məlumata görə, bu ilin yanvar-avqust aylarında Meksikada cinayətkarlar tərəfindən 23,7 min nəfər öldürülüb. Bu, 2018-ci illə müqayisədə 3,5 faiz çoxdur. Sentyabr ayında Meksika Prezidenti Andres Manuel Lopes Obrador cinayətkarlığa qarşı mübarizəni özünün başlıca vəzifəsi elan edib.(AZƏRTAC)

AzNews.az