Yaponiyada qasırğa qurbanlarının sayı 72-yə çatdı

Ümumilikdə təbii fəlakətdən 200 nəfər zərər çəkib

Yaponiyada baş verən "Haqibis" qasırğası nəticəsində ölənlərin sayı artıb.

NHK telekanalına istinadən verilən məlumata görə, oktyabrın 12-də başlayan güclü qasırğa 72 nəfərin həyatına son qoyub, 10 nəfər itkin düşmüş sayılır.

Ümumilikdə təbii fəlakətdən 200 nəfər zərər çəkib.