- Dünyanın halı
- 4 Noyabr 2019 19:43
- 2 469
Ukraynada 1,5 milyondan artıq balıq tələf oldu

Balıqların kütləvi tələfatı ilə bağlı cinayət işi açılıb
Ukraynanın Xerson vilayətinin Qolopristansk rayonunda balıqların kütləvi tələfatı qeydə alınıb.
Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, həmin rayonun sularında 1,5 milyondan artıq müxtəlif növ balıq tələf olub. Balıqların kütləvi tələfatı ilə bağlı cinayət işi açılıb.
Artıq hava, su və torpaqdan lazımi müayinələr götürülüb. Suyun mühafizəsi qaydalarını pozan şəxslərə 5 ilədək azadlıqdan məhrumetmə cəzası düşür.(AZƏRTAC)
AzNews.az