Avstraliyada meşə yanğınlarında 30-dan çox insan xəsarət alıb

Yanğınlar nəticəsində ən azı 100 ev dağılıb

Avstraliyanın şərq sahillərini əhatə edən genişmiqyaslı meşə yanğınlarında 30-dan çox insan xəsarət alıb, daha 3 nəfər isə itkin düşüb.

Bu barədə Yeni Cənubi Uels ştatının regional yanğınsöndürmə xidməti bildirib.

Bildirilir ki, yanğınlar nəticəsində ən azı 100 ev dağılıb.

Yanğınsöndürmə xidmətindən verilən məlumata görə, bölgə ərazisində 77 meşə yanğınları qeydə alınıb, onlardan 42-i lokallaşdırılmamış qalır. 17 ştat üçün fövqəladə vəziyyət barədə xəbərdarlıq verilib.