"ABŞ-ın açıqlamasının heç bir hüquqi gücü yoxdur" "ABŞ-ın açıqlamasının heç bir hüquqi gücü yoxdur"

Fələstin rəhbərliyi Pompeonu məhkəməyə vermək istəyir

"ABŞ-ın açıqlamasının heç bir hüquqi gücü yoxdur"

Fələstin rəhbərliyi ABŞ-ın dövlət katibi Mayk Pompeo barəsində Beynəlxalq Cinayət Məhkəməsinə iddia vermək niyyətindədir.

"RİA Novosti"nin verdiyi xəbərə görə, Fələstinin Xarici İşlər naziri Riyad əl-Maliki bildirib ki, buna səbəb Pompeonun yəhudilərin məskunlaşdığı İordan çayının Qərb sahili ilə bağlı açıqlaması olub.

“Fələstin rəhbərliyi yaxın günlərdə Beynəlxalq Cinayət Məhkəməsinə şəxsən ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə bağlı iddia verəcək”, - əl-Maliki söyləyib.

O əlavə edib ki, ABŞ-ın açıqlamasının heç bir hüquqi gücü yoxdur, ancaq regionda təhlükəsizliyin pozulması üçün ciddi səbəbə çevrilə bilər.(apa.az)

AzNews.az