Danışıqlar masasına qayıtmağa hazıram Danışıqlar masasına qayıtmağa hazıram

Netanyahudan vahid hökumət açıqlaması

Danışıqlar masasına qayıtmağa hazıram

İsrailin baş naziri və “Likud” partiyasının lideri Benyamin Netanyahu “Kahol-Lavan” mərkəzçi blokunun rəhbəri Beni Qantza 17 sentyabr seçkilərinin nəticələri əsasında koalisiya mövzusunda danışıqları bərpa etməyi təklif edib.

“TASS” agentliyinə istinadən xəbər verilir ki, bundan əvvəl mərkəzçi lider qanunla nəzərdə tutulmuş 28 gün müddətində vəzifəsinin öhdəsindən gələ bilmədiyi üçün kabinet qurmaqla bağlı mandatını ölkə prezidenti Reuven Rivlinə qaytarıb.

“Vahid bir hökumət yaratmaq məqsədi ilə danışıqlar masasına qayıtmağa hazıram. Xalqın iradəsinin yerinə yetirilməsi və dövlət təhlükəsizliyinin təmin edilməsi üçün İsrailin vahid hökumətə ehtiyacı var”, - deyə baş nazir Qantza müraciətində bildirib.

17 Sentyabr seçkilərindən sonra ilk olaraq Netanyahu kabinetini yaratmağa çalışıb, lakin bu işin öhdəsindən gələ bilməyib. 28 günlük müddətinin bitməsinə iki gün qalmış mandatı Rivlinə qaytarıb. İndi isə B.Qantzın uğursuzluğundan sonra - 21 noyabrda 21 günün qanuni müddəti başlayır, bu müddət ərzində 120 nəfərlik Knesset deputatlarından biri 61 parlamentarinin imzalarını toplamağı bacarsa, prezident koalisiya qurmağı ona tapşıracaq.

AzNews.az