Bu barədə Yaponiyanın Xarici İşlər naziri Toşimitsu Moteqi bildirib Bu barədə Yaponiyanın Xarici İşlər naziri Toşimitsu Moteqi bildirib

Yaponiya bu ölkələrə 3 milyard dollar ayıracaq

Bu barədə Yaponiyanın Xarici İşlər naziri Toşimitsu Moteqi bildirib

Yaponiya qarşıdakı 3 ildə Cənub-Şərqi Asiya ölkələrində (ACEAN) infrastrukturun inkişafına 3 milyard dollar ayıracaq.

Bu barədə Yaponiyanın Xarici İşlər naziri Toşimitsu Moteqi dekabrın 2-də keçirilən mətbuat konfransı zamanı deyib. O bildirib ki, Yaponiya hökuməti 2020-2022-ci illərdə fərdi sektor daxil olmaqla investisiyaların ayrılmasını planlaşdırır.

Nazir əlavə edib ki, bu plan Yaponiyanın ACEAN blokunun üzvü olan bütün ölkələrin yeni iqtisadi imkanlardan bəhrələnməklə azad və ədalətli inkişafına dəstək verməyə çalışdığını təsdiq edir.

Xatırladaq ki, ötən ay Baş Nazir Şinzo Abe ACEAN ölkələrinin liderlərinə Yaponiyanın bu assosiasiyaya JICA vasitəsilə investisiyaların ayrılmasını artırmağı planlaşdırdığını bildirib. Ş.Abe deyib ki, bu investisiyalar Hind-Sakit okean regionunun azad və açıq inkişafına yönəlib, burada infrastrukturun təkmilləşdirilməsinə, müxtəlif təşəbbüslərin reallaşmasına, o cümlədən qadınların imkanlarının genişləndirilməsinə xidmət edəcək.(AZƏRTAC)

AzNews.az