- Dünyanın halı
- 14 Dekabr 2019 12:07
- 2 293
Morales Argentinaya köçür
Bu şəhərə onunla vitse-prezident Alvaro Qarsiya Lineranın da gedəcəyi deyilir
Boliviyanın eks-prezidenti Evo Morales Argentinanın San-Ramon-de-la-Nueva-Oran şəhərində yaşayacaq.
Bu məlumatı “Expreso de Salta” qəzeti öz mənbələrinə istinadən yayıb.
Məlumata görə, bu şəhər Boliviya sərhədindən bir saatlıq məsafədə yerləşir. Moralesin şəhərdə gələn həftə məskunlaşacağı bildirilib.
Məhz buradan o özünün Sosializmə Doğru Hərəkat Partiyasının prezident seçkisi kampaniyasına rəhbərlik edəcəyi vurğulanıb. Moraleslə bərabər bu şəhərə vitse-prezident Alvaro Qarsiya Linera və daha 12 nəfərin gələcəyi qeyd edilib. (Axar.az)
AzNews.az