Bu barədə Kyodo agentliyinin keçirdiyi sorğunun nəticələrində bildirilir Bu barədə Kyodo agentliyinin keçirdiyi sorğunun nəticələrində bildirilir

Şinzo Abenin rəhbərlik etdiyi kabinetin reytinqi 42,7 faizə düşdü

Bu barədə Kyodo agentliyinin keçirdiyi sorğunun nəticələrində bildirilir

Yaponiyanın Baş naziri Şinzo Abenin rəhbərlik etdiyi Nazirlər Kabinetinin reytinqi noyabrda keçirilən sorğunun nəticələri ilə müqayisədə 6 faiz enərək 42,7 faizə düşüb.

Bu barədə Kyodo agentliyinin istirahət günlərində keçirdiyi sorğunun nəticələrində bildirilir. Qeyd edilir ki, Nazirlər Kabinetinin reytinqinin aşağı düşməsinin səbəbləri içərisində Baş nazirin öz tərəfdarlarını əyləndirmək üçün təşkil etdiyi sakura çiçəklərindən zövq alma mərasimi xüsusi rol oynayıb.

Telefonla aparılan sorğunun nəticələrinə görə, respondentlərin 83,5 faizi Ş.Abenin hər il təşkil edilən mərasimlə bağlı verdiyi izahatın onları qane etmədiyini bildirib.

Bundan əlavə, rəyi soruşulanların 61,5 faizi Ş.Abenin dördüncü dəfə hakim Liberal Demokratik Partiyanın sədri seçilməsi təklifinin əleyhinə olduqlarını söyləyiblər. Həmçinin aydın olub ki, sorğu nəticəsində rəyi soruşulanların 51,5 faizi hökumətin özünümüdafiə qüvvələrini Yaxın Şərqə göndərmək planına qarşıdır.(AZƏRTAC)

AzNews.az