Dekabrın 9-da Uayt-Aylend adasında vulkan püskürüb Dekabrın 9-da Uayt-Aylend adasında vulkan püskürüb

Vulkan püskürməsi nəticəsində 18 nəfər həyatını itirdi

Dekabrın 9-da Uayt-Aylend adasında vulkan püskürüb

Yeni Zelandiyanın Uayt-Aylend adasında vulkan püskürməsi nəticəsində ölənlərin sayı artıb.

“Associated-Press” agentliyinin verdiyi məlumata görə, Yeni Zelandiya hüquq-mühafizə orqanları vulkan püskürməsi nəticəsində ölənlərin sayının 18 nəfərə çatdığını açıqlayıb.

Qeyd edək ki, dekabrın 9-da Uayt-Aylend adasında vulkan püskürüb, bir neçə nəfər itkin düşüb, 31 nəfər xəsarət alıb. Xəsarət alan 31 nəfərdən 27-nin bədəninin 30 faizindən çoxu yanıb, vəziyyətləri ağırdır.(apa.az)

AzNews.az