“Fanfon” qasırğası ada dövlətin ərazisinə güclü külək və leysan yağışları gətirib “Fanfon” qasırğası ada dövlətin ərazisinə güclü külək və leysan yağışları gətirib

Filippində qasırğa: 28 ölü, 12 itkin var

“Fanfon” qasırğası ada dövlətin ərazisinə güclü külək və leysan yağışları gətirib

Filippini cənginə alan “Fanfon” qasırğası səbəbindən həlak olanların sayı 28 nəfərə çatıb.

Associated Press agentliyinə istinadla xəbər verilir ki, təbii fəlakət nəticəsində, həmçinin 12 nəfər itkin düşüb.

Filippində “Ursula” adı ilə tanınan “Fanfon” qasırğası ada dövlətin ərazisinə güclü külək və leysan yağışları gətirib, həmçinin torpaq sürüşmələrinə səbəb olub.

Təbii fəlakət səbəbindən minlərlə insan Milad bayramını təxliyə mərkəzlərində keçirmək məcburiyyətində qalıb. Aeroportlarda onlarla beynəlxalq və daxili aviareys ləğv edilib.

AzNews.az