O, hazırda Dubayda yaşayır O, hazırda Dubayda yaşayır

Pərviz Müşərrəf barəsində edam hökmü ləğv edilib

O, hazırda Dubayda yaşayır

Pakistanın sabiq Prezidenti Pərviz Müşərrəf barəsində edam hökmü ləğv edilib.

Lahor Ali Məhkəməsi keçmiş prezident P. Müşərrəf barəsində çıxarılan ölüm hökmünü qeyri-konstitusional elan edərək ləğv edib.

Qeyd edək ki, ötən ilin dekabrında paytaxt İslamabadda keçirilmiş xüsusi məhkəmənin qərarı ilə P. Müşərrəf barəsində edam hökmü çıxarılıb. 2007-ci ildə konstitusiyanı müvəqqəti dayandıraraq ölkədə fövqəladə hal elan etdiyi üçün P. Müşərrəfə qarşı vətənə xəyanət ittihamı irəli sürülüb.

Xatırladaq ki, Pakistanın 12-ci prezidenti olan general P. Müşərrəf 2001-2008-ci illərdə ölkəyə rəhbərlik edib. O, hazırda Dubayda yaşayır. (APA)

AzNews.az