Süleymaninin ölümündən sonra çəkilən fotolar yayılıb

Bəzi şəkillərdə kəsilmiş bədən üzvləri, qanlı cəsədlər olduğu üçün fotoşəkillərin bulanıqlaşdırıldığı bildirilib

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Qüds” qüvvələrinin rəhbəri olmuş general Qasım Süleymaninin ölümündən sonra çəkilən fotolar paylaşılıb.

AzNews.az xəbər verir ki, sözügedən görüntülər ABŞ Ordusunun Xüsusi Təyinatlı Qüvvələri tərəfindən qeydə alınıb.

"Fox News"un əldə etdiyi məlumata görə, xüsusi təyinatlı qüvvələr Bağdad Beynəlxalq hava limanından çıxan Süleymaninin olduğu maşın karvanını 2 kilometr uzaqdan təqib edib və ABŞ-ın Silahlı Pilotsuz Uçan Aparatları karvanı vurub.

Süleymani və digər 9 nəfər öldükdən sonra komanda üzvləri "bomba zərərinin ölçülməsi" adlı proseduru yerinə yetirmək üçün karvanın qalıqları olan yerə gedib.

"Fox News" şəkilləri hökumət mənbələrindən əldə etdiyini və bəzi şəkillərdə kəsilmiş bədən üzvləri, qanlı cəsədlər olduğu üçün fotoşəkillərin bulanıqlaşdırıldığını bildirib.

AzNews.az