Bu barədə Federal Reyestrin elektron bazasında məlumat yerləşdirilib Bu barədə Federal Reyestrin elektron bazasında məlumat yerləşdirilib

ABŞ Çin mallarının bir hissəsini rüsumlardan azad etdi

Bu barədə Federal Reyestrin elektron bazasında məlumat yerləşdirilib

ABŞ Çindən idxal olunan 47 növ malı 2018-ci ilin sentyabr ayında qüvvəyə minmiş əlavə rüsum siyahısından çıxarıb.

AzNews.az Federal Reyestrin elektron bazasına istinadən xəbər verir ki, bu il avqustun 7-dək rüsumlardan azad edilən mallar arasında süni və pambıq parçalar, səyyar elektrik plitələr, yanacaq filtrləri, elektron tərəzilər, lotereya bileti satan cihazlar, dəyişən cərəyanla işləyən mühərriklər, kabel şəbəkələri üçün güc mənbələri, taxta uşaq çarpayıları, kamin bəzəkləri göstərilir.

Bu addımın səbəbləri arasında həmin mallardan bəzilərinin yalnız Çində istehsal olunması da var.