Koronavirusun karantin müddəti uzadılır

Hubey əyalətində 70 yaşlı kişi bu il yanvarın 24-də koronavirusa yoluxub

Çin koronavirus infeksiyasının inkubasiya dövrü ilə bağlı yeni məlumat yayıb.

AzNews.az "Reuters"ə istinadən xəbər verir ki, Hubey əyalətində 70 yaşlı kişi bu il yanvarın 24-də koronavirusa yoluxub. Ona koronavirus diaqnozu isə fevralın 20-də qoyulub.

Bildirilib ki, həmin kişi avtomobil sürərkən infeksiyaya yoluxmuş bacısı ilə təmasda olub. Ancaq onun koronavirusa yoluxduğu 27 gün sonra ortaya çıxıb. Bu səbəbdən əyalət rəsmiləri infeksiyasının inkubasiya dövrünün iki həftədən çox olması qənaətinə gəliblər.

Xatırladaq ki, Çində və digər ölkələrdə insanların koronavirusa yoluxub-yoluxmaması müəyyənləşdirmək üçün 14 günlük karantin müddəti təyin edilirdi.

Dünyada koronavirusdan ölənlərin sayı 2 300 nəfəri ötüb.