Buna səbəb koronavirusun yayılmasıdır Buna səbəb koronavirusun yayılmasıdır

Çində vəhşi heyvanların yeyilməsi qadağan edildi

Buna səbəb koronavirusun yayılmasıdır

Çində vəhşi heyvanların yeyilməsi və qanunsuz satışı müvəqqəti qadağan edilib.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb koronavirusun yayılmasıdır. Çinin dövlət nəşrləri bu qərarla vəhşi heyvanların yeyilməsinin tamamilə qadağan edilməsinin və onların qanunsuz ticarətinin qarşısının alınmasının hədəf olduğunu yazıb.

Bu, çinli rəsmilərin koronavirusun yayılmasının qarşısının alınması üçün yanvarın 26-dan etibarən qəbul etdikləri ən radikal qərar adlandırılıb.