ABŞ Kanada ilə sərhədi bağlayır

Bu barədə ABŞ Prezidenti Donald Tramp "Twitter"də bildirib

COVID-19 pandemiyası ilə əlaqədar ABŞ Kanada ilə sərhədi bağlayır.

AzNews.az-ın xəbərinə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp "Twitter"də bildirib.

"Qarşılıqlı razılığa əsasən, Kanada ilə şimal sərhədimizi vacib olmayan səfərlər üçün müvəqqəti bağlayacağıq. Bu, ticarətə təsir etməyəcək", - deyə D. Tramp qeyd edib.

Xatırladaq ki, Kanada Baş Naziri Castin Trüdo ABŞ-la sərhədin bağlandığını bildirib.