Uruqvay sərhədlərini əcnəbilər üçün bağladı

Bu barədə Uruqvayın Xarici İşlər naziri Ernesto Talvi məlumat verib

Uruqvay hökuməti yeni növ koronavirusun yayılması səbəbi ilə əcnəbilərin ölkə ərazisinə girişinin qarşısını almaq məqsədi ilə bütün sərhəd məntəqələrini bağlamaq qərarına gəlib.

AzNews.az TASS-a istinadən xəbər verir ki, bu barədə Uruqvayın Xarici İşlər naziri Ernesto Talvi məlumat verib.

“Uruqvay vətəndaşları ölkəyə giriş edə biləcəklər. Əcnəbilərin isə heç bir nəqliyyat vasitəsi ilə və hər hansı sərhəd məntəqəsindən keçməsinə icazə verilmir”, - nazir “Facebook”da yayımlanan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Uruqvayda yaşamaq icazəsi olan əcnəbilər, ölkələrinə qayıdan Cənubi Amerika Ümumi Bazarı (MERCOSUR) dövlətlərinin sakinləri və Braziliya və Uruqvay sərhəddində yerləşən yaşayış məntəqələrinin sakinlərinə istisna hal tətbiq olunacaq.

Bundan əlavə, Cənubi Amerika respublikasının səlahiyyətliləri kruiz gəmilərinin sərnişinlərinə vətənlərinə yollanmaq üçün hava limanına getmək məqsədilə sahilə çıxmağa icazə verəcək.