Daha bir ölkədə fövqəladə vəziyyət rejimi uzadıldı

Bu barədə “Maan” agentliyi xəbər verib

Fələstin Prezidenti Mahmud Abbas COVID-19 pandemiyası səbəbindən mart ayının əvvəlindən etibarən ölkədə tətbiq olunan fövqəladə vəziyyət rejimini bir ay müddətinə uzadıb.

AzNews.az “TASS”a istinadən bildirir ki, bu barədə “Maan” agentliyi xəbər verib.

Mahmud Abbas Fələstinin bütün ərazilərində fövqəladə vəziyyət rejiminin 30 gün uzadılması haqqında fərman imzalayıb. Bu tədbirlər əhalinin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Prezidentin fərmanı mayın 5-də rəsmi mətbuatda dərc edildiyi andan qüvvəyə minir.

İndiyədək Fələstin ərazilərində 480 yoluxma, 4 ölüm halı qeydə alınıb, 90-dan çox pasiyent sağalıb.