Ümumilikdə 1666 pasiyent müalicə olunaraq sağalıb Ümumilikdə 1666 pasiyent müalicə olunaraq sağalıb

Ermənistanda bir gündə koronavirusa rekord yoluxma

Ümumilikdə 1666 pasiyent müalicə olunaraq sağalıb

Ermənistanda koronavirusa yoluxanların sayı sutka ərzində daha 184 nəfər artaraq 4044-ə çatıb.

AzNews.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzin saytında məlumat verilib.

Xəstəlik səbəbindən həyatını itirənlərin sayı daha 3 nəfər artaraq 52-yə çatıb. Ümumilikdə 1666 pasiyent müalicə olunaraq sağalıb.

2304 xəstənin müalicəsi davam etdirilir, 37 476 insan isə koronavirus testindən keçib.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 13 iyuna qədər uzadılıb.