“Taliban” hərəkatı hücumla bağlı açıqlama verməyib “Taliban” hərəkatı hücumla bağlı açıqlama verməyib

"Taliban" silahlıları polisə hücum edib, ölən və yaralanan var

“Taliban” hərəkatı hücumla bağlı açıqlama verməyib

“Taliban” silahlılarının Əfqanıstanın qərbində yerləşən Fərəh əyalətindəki nəzarət-buraxılış məntəqəsinə hücumu nəticəsində 7 polis əməkdaşı ölüb.

AzNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu yerli polisin nümayəndəsi Mohibullah Mohib deyib.

Qeyri-rəsmi mənbə isə bildirib ki, hücum nəticəsində 3 polis əməkdaşı yaralanıb, 7 “taliban”çı zərərsizləşdirilib.

“Taliban” hərəkatı hücumla bağlı açıqlama verməyib.

Qeyd edək ki, mayın 28-də Əfqanıstanın şimal-şərqində yerləşən Parvan əyalətində ordu ilə “Taliban” hərəkatı döyüşçüləri arasında baş verən atışma nəticəsində azı 7 hərbçi həlak olub.