Bu barədə yerli hakimiyyətə istinadən “Televisa” telekanalı məlumat yayıb Bu barədə yerli hakimiyyətə istinadən “Televisa” telekanalı məlumat yayıb

Meksikada atışma zamanı 10 nəfər öldürülüb

Bu barədə yerli hakimiyyətə istinadən “Televisa” telekanalı məlumat yayıb

Meksikanın Quanaxuato ştatında naməlum şəxslər ətrafdakılara atəş açıb.

AzNews.az xəbər verir ki, bu barədə yerli hakimiyyətə istinadən “Televisa” telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə bərpa mərkəzində qeydə alınıb. Silahlı insident nəticəsində 10 nəfər həlak olub.

Bildirilir ki, hadisə İrapuato bələdiyyəsi ərazisində olub. Naməlum şəxslər bərpa mərkəzinin binasına zorla girərək atəş açıblar. Hadisə zamanı həmin yerdə olan doqquz nəfər həlak olub. Daha bir nəfər aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Telekanalın məlumatına görə, hadisə yerinə polis əməkdaşları və prokurorluq əməkdaşları gəlib.

Quanaxuato ştatı Meksikanın ən böyük sənaye mərkəzlərindən biridir.