- Dünyanın halı
- 8 İyun 2020 21:23
- 2 627
Ərəbistanda koronavirusla bağlı vəziyyətdə rekord
Bu barədə ölkənin Səhiyyə Nazirliyi Tvitter hesabında məlumat yayıb
Səudiyyə Ərəbistanında son sutka ərzində koronavirusa yoluxanların sayında rekord göstərici qeydə alınıb. Belə ki, ölkədə 3 369 nəfərdə koronavirus aşkarlanıb.
AzNews.az bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi Tvitter hesabında məlumat yayıb.
Qurumdan bildirilib ki, bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 105 283-ə yüksəlib. Pandemiyanın başladığı vaxtdan indiyədək 74 524 pasiyent sağalıb (xəstələnənlərin 70,7%-i), 746 pasiyent vəfat edib.
Qeyd edək ki, ölkədə koronavirus səbəbindən tətbiq edilən məhdudlaşdırıcı tədbirlər mayın 26-dan etibarən yumşaldılmağa başladılıb.