İyunun 18-də məhkəmə 4 mln ABŞ dolları məbləğində girov qarşılığında Robert Koçaryanın azadlığa buraxılması barədə qərar qəbul etmişdi İyunun 18-də məhkəmə 4 mln ABŞ dolları məbləğində girov qarşılığında Robert Koçaryanın azadlığa buraxılması barədə qərar qəbul etmişdi

Koçaryanın girovluq pulunu Rusiyadakı erməni iş adamları ödəyib

İyunun 18-də məhkəmə 4 mln ABŞ dolları məbləğində girov qarşılığında Robert Koçaryanın azadlığa buraxılması barədə qərar qəbul etmişdi

Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın həbsdən azad edilməsi üçün girov qoyanların adları açıqlanıb.

Aznews.az xəbər verir ki, məlumatı "7or.am" yayıb.

Bildirilib ki, girovu Rusiyanın erməni əsilli iş adamı, milyonçu, “Taşir” qrupunun prezidenti Samvel Karapetyan, Rusiyadakı “Monarx” şirkətinin başçısı Sergey Ambarsumyan, “Sistema” Aksioner Maliyyə Şirkətinin başçısı (Robert Koçaryan bu şirkətin Direktorlar Şurasının üzvüdür) Vladimir Yevtuşenko və Rusiyanın erməni sahibkarı “Stinkom qrupu” qurucusu və sahibi, Moskvadakı “Yerevan plaza”nın sahiblərindən biri Gennadi Stepanyan ödəyib.

Qeyd edək ki, iyunun 18-də məhkəmə 4 mln ABŞ dolları məbləğində girov qarşılığında Robert Koçaryanın azadlığa buraxılması barədə qərar qəbul etmişdi.

Xatırladaq ki, 2008-ci ilin fevral ayında Ermənistanda prezident seçkiləri keçirilib. O vaxt Mərkəzi Seçki Komissiyası namizədlərdən biri olan və hakimiyyətin dəstəklədiyi Serj Sarqsyanın 52,8 faiz səs topladığını və qalib gəldiyini elan edib. Digər namizəd - Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan seçkidə saxtakarlıq olduğunu elan edib və nəticələri tanımayıb.

Seçkilərin nəticələrinin saxtalaşdırılmasına etiraz olaraq martın 1-2-də ölkədə geniş aksiyalar keçirilib. Hakimiyyət mitinqin dağıdılması üçün güc tətbiq edib. Ordu və polisin açdığı atəş nəticəsində 10 nəfər ölüb, xeyli insan yaralanıb. Bu hadisələri törədənlər indiyədək cəzalandırılmayıblar.

Nikol Paşinyan Ermənistanın baş naziri olandan sonra 2008-ci ilin 1-2 mart hadisələrinə görə cinayət işi təzələnib. O vaxtkı prezident Robert Koçaryan məsələ ilə bağlı 2018-ci il iyulun 27-də həbs olunmuşdu.