"İraqda onlarla türk şirkəti yerləşir" "İraqda onlarla türk şirkəti yerləşir"

İraq Türkiyəni təhdid etdi

"İraqda onlarla türk şirkəti yerləşir"

İraqın Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Sahhaf Türkiyəyə xəbərdarlıq edib.

AzNews.az xəbər verir ki, XİN rəsmisi Türkiyənin İraqdakı hərbi əməliyyatlarına son verməsi üçün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına və Ərəb Dövlətləri Liqasına müraciət edəcəklərini deyib.

"İraq bu problemin müzakirə edilməsi üçün BMT Təhlükəsizlik Şurasını təcili iclasa çağıra, İslam Əməkdaşlıq Təşkilatı və digər qurumlara müraciət edə bilər”, - deyə sözçü bildirib.

Ə. Sahhaf Türkiyəyə iqtisadi və digər formalarda təsir vasitələrinə malik olduqlarını qeyd edib:

"İraqda onlarla türk sərmayə şirkəti yerləşir. İki ölkə arasında ticarət həcmi illik 16 milyard dolları keçir", - o əlavə edib.

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy iraqlı həmkarının açıqlamalarına cavab olaraq qanuni yollarla lazımı tədbirlər görməyə qərarlı olduqlarını vurğulayıb.

“Bir daha xatırladırıq ki, İraqın da təhlükəsizliyini təhdid edən və suverenliyini pozan PKK-ya qarşı birgə mübarizə üçün iş birliyinə hazırıq. Bu gözləntilər yerinə yetirilməyincə, Türkiyə İraq ərazisindən sərhədlərinə, təhlükəsizliyinə və sabitliyinə qarşı yaranan hər cür təxribatçı fəaliyətə qarşı beynəlxalq hüquqla tənzimlənən bütün zəruri tədbirləri görməyə qərarlıdır”, - H. Aksoy bildirib.

Pərvanə