Dünyada koronavirus Dünyada koronavirus

13 150 645 nəfər yoluxub, 574 464 nəfər ölüb

Dünyada koronavirus

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 185 mindən çox artıb.

"TASS"ın verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

İyulun 15-i saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 185 836 nəfər yeni koronavirusa yoluxub, 4 176 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 13 150 645, ölənlərin isə 574 464 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 6 884 151 yoluxma və 290 674 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 2 964 046, ölənlərin sayı isə 204 449 nəfərə çatıb.

Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 1 317 078 yoluxma və 32 294 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

AzNews.az