Putinlə Zelenskinin telefon danışığı oldu

Prezidentlər Ukraynadaxili böhranın tənzimlənməsi məsələsini müzakirə etmiş, Donbassda atəşkəsə dair əlavə tədbirləri yüksək qiymətləndirmişlər

Rusiya Prezidenti Vladimir Putinlə ukraynalı həmkarı Vladimir Zelenskinin telefon danışığı olub.

AzNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, prezidentlər Ukraynadaxili böhranın tənzimlənməsi məsələsini müzakirə etmiş, Donbassda atəşkəsə dair əlavə tədbirləri yüksək qiymətləndirmişlər.

Qeyd edək ki, iyulun 22-də əlaqə qrupu Donbassda barışığı təmin etmək üçün əlavə tədbirlər barədə razılığa gəlib. Danışıqların nəticələrinə görə, 27 iyul Bazar ertəsi günündən başlayaraq tərəflər Donbassdakı demarkasiya xəttində atəşi dayandıracaqlar.