Dünyada Dünyada

Koronavirusdan ölənlərin sayı 702 642 nəfər oldu

Dünyada

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 259 mindən çox artıb.

"TASS"ın yaydığı məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Avqustun 5-i saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 259 344 nəfər yeni koronavirusa yoluxub, 6 488 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 18 614 177, ölənlərin isə 702 642 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 9 981 204 yoluxma və 372 008 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 3 477 225, ölənlərin sayı isə 215 168 nəfərə çatıb.

Üçüncü yeri Cənub-Qərbi Asiya regionu tutur, burada ümumilikdə 2 360 721 yoluxma və 49 572 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

AzNews.az