Qəza nəticəsində yük gəmisi batıb Qəza nəticəsində yük gəmisi batıb

Çində 2 gəmi toqquşdu, 14 nəfər itkin düşdü

Qəza nəticəsində yük gəmisi batıb

Çinin Şanxay şəhərindən keçən Yanszı çayında iki gəminin toqquşduğu qəzadan sonra 14 nəfər itkin düşüb.

AzNews.az Pekinin “Global Times” saytına istinadən xəbər verir ki, 3000 ton benzin daşıyan neft tankeri Yanszı çayının deltasında yük gəmisi ilə toqquşub. Qəza nəticəsində yük gəmisi batıb, neft tankerinin göyərtəsində isə güclü yanğın baş verib.

Xilasedicilər göyərtədəki 17 ekipaj üzvündən 3-nü xilas etsələr də, 14 nəfərin hələ tapılmadığı bildirilib.