17 381 570 nəfər koronavirusdan sağalıb 17 381 570 nəfər koronavirusdan sağalıb

Dünyada koronavirusa yoluxanların sayı 25 milyonu ötüb

17 381 570 nəfər koronavirusdan sağalıb

Dünyada qeydə alınmış koronavirusa yoluxma hallarının sayı 25 014 282-yə çatıb.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 843 100 nəfər vəfat edib.

Məlumata görə, 17 381 570 nəfər koronavirusdan sağalıb.

Dünyada ən çox yoluxma halları ABŞ, Braziliya və Hindistanda qeydə alınıb.

Azərbaycanda ümumilikdə 36 174 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 576 nəfər müalicə olunaraq sağalıb, 529 nəfər vəfat edib, 2 069 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu günə qədər yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 910 890 test icra olunub.