1 dərsin davam etmə müddəti 45 dəqiqə təşkil edəcək 1 dərsin davam etmə müddəti 45 dəqiqə təşkil edəcək

Ermənistanda da dərslər başlayır

1 dərsin davam etmə müddəti 45 dəqiqə təşkil edəcək

Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi ümumtəhsil və xüsusi təhsil müəssisələrində 2020-2021-ci tədris ili üçün tədris planını açıqlayıb.

AzNews.az erməni KİV-nə istinadən xəbər verir ki, Ermənistanda dərslər sentyabrın 14-də başlayacaq, 2021-ci il iyunun 4-də başa çatacaq. Birinci siniflər üçün azı 30 tədris həftəsi, ikinci siniflər üçün 32, 3-12-ci siniflər üçün 34 tədris həftəsi nəzərdə tutulur.

Bütün təhsil müəssisələrində 6 günlük iş qrafiki olacaq. 1 dərsin davam etmə müddəti 45 dəqiqə təşkil edəcək.